Hit Me Hard and Soft

Hit Me Hard and Soft
Billi Ayliş tərəfindən ifa olunmuş studiya albomu
Yayımlanma tarixi 17 may 2024
Janr Qotik rok[1][2][…]
Müddət 43:45
Dil ingilis dili
Leybl
Prodüser
Billi Ayliş albomlarının xronologiyası
"Guitar Songs"
(2022)
"Hit Me Hard and Soft"
(2024)
Videoklip
 HIT ME HARD AND SOFT

Hit Me Hard and Soft — ABŞ müğənnisi Billi Aylişin üçüncü studiya albomu. 17 may 2024-cü ildə Darkroom və Interscope Records tərəfindən buraxılıb. Albomun prodüseri Finneas O'Konnelldir. Albom 8 aprel 2024-cü ildə Şimali Amerikada günəş tutulmasının baş verdiyi tarixdə elan edilib.

Billi Ayliş aprelin əvvəllərində sosial şəbəkə hesablarındakı profil şəkillərini mavi rəngə dəyişərək yeni erasına qədəm qoyub. Albomunu elan etməyə hazırlaşan sənətçi bir çox şəhərlərin küçələrində yeni mahnılarından olan sözləri, eləcə də “blohsh” simvolunu əks etdirən reklam lövhələri asdırıb. Bu müddət ərzində Billi Ayliş Instagram-da storilər paylaşıb və marketinq strategiyası kimi onu izləyən istifadəçiləri “yaxın dostlar” siyahısına əlavə edib. Aprelin 8-də müğənni Instagram hesabına “Bittersuite” mahnısının müşayiəti ilə suda batdığı əks olunmuş videosunu “Hazırsınız?” başlığı altında yerləşdirib, daha sonra albomunu elan edib.

  1. https://web.archive.org/web/20240518103132/https://www.slantmagazine.com/music/billie-eilish-hit-me-hard-and-soft-album-review/.
  2. https://web.archive.org/web/20240518153735/https://www.latimes.com/entertainment-arts/music/story/2024-05-17/billie-eilish-hit-me-hard-and-soft-review.

© MMXXIII Rich X Search. We shall prevail. All rights reserved. Rich X Search